Təyyarədə yumruqlar işə düşdü, təcili eniş etdi - Havada qorxulu anlar - VİDEO

Türkiyədən Mançesterə uçan təyyarədə sərnişinlər arasında şiddətli dava olub.
Avtosfer.az xəbər verir ki, hadisə nəticəsində təyyarə təhlükəsizlik səbəbindən Belçikanın Brüssel şəhərinə təcili eniş edib və polis tərəfindən iki nəfər saxlanılıb.
Görüntülərdə sərnişinlərin dəhlizdə yumruq atdığı, yerdə güləşdiyi və qışqırıqların səsləndiyi görünür. Şahidlər döşəmədə qan ləkələri və dişlər olduğunu bildiriblər. Dava sərnişinlərdən birinin digərinin mobil telefonunu götürməyə çalışması ilə başlayıb və tezliklə nəzarətdən çıxıb.
Hadisədən əvvəl bir sərxoş sərnişin kabin heyəti ilə siqaret üstündə mübahisə edib və irqçi ifadələr işlədib. Kabin heyəti sərnişinləri sakitləşdirməyə çalışıb.
Təyyarə enişdən sonra yenidən havaya qalxaraq, Mançesterə səyahətini tamamlayıb. Aviaşirkət hadisəni “qəbuledilməz və dəhşətli” adlandıraraq, iştirakçı sərnişinləri ömürlük qara siyahıya salıb.
“Vüsal Şilderin qardaşını da öldürmək istəyirdilər“ - Qətli hansı məmur sifariş edib?
Vüsal Şilderin qətlinin sifarişçisinin FOTOsu
Motosiklet sürücüsü sərnişinin saçını dartdı; ölümdən son anda xilas oldular – ANBAAN VİDEO
Neft Daşlarının yaxınlığında balıqçı batdı: Helikopter cəlb olundu - VİDEO
İsmayıllıda taksi sürücüsünə qarşı quldurluq - Şübhəlilər Bakıda tutuldular
Avtobusun önündən yola atılan gənc qız faciədən son anda qurtuldu - VİDEO
Minaya düşərək həlak olan ANAMA əməkdaşının FOTOsu - YENİLƏNİB
İnsan alverində təqsirləndirilən qadınlar həbs olundu - VİDEO
Avtomobil dayanacağında dava - Borc verən döyüldü
Həyat yoldaşını və oğlunu vurub öldürən sürücünü bağışladı – Hakim 5 il verdi
Gömrükdən 280 milyonluq nəqliyyat vasitəsi keçirmək istənildi; qurum hərəkətə keçdi - RƏSMİ








