Təyyarəni rinqə çevirdilər - VİDEO

“Biman Bangladesh Airlines” şirkətinin Londondan Banqladeşə uçan reysində iki sərnişin arasında başlayan şifahi mübahisə qısa müddətdə yumruq davasına çevrilib.
Avtosfer.az xəbər verir ki, hadisə təyyarədə, uşaqlar və yaşlılar da daxil olmaqla, digər sərnişinlərin gözü qarşısında qeydə alınıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə iki sərnişinin əvvəlcə mübahisə etdiyi, daha sonra isə əlbəyaxa olduğu görünür. Dava zamanı sərnişinlərdən birinin köynəyinin cırıldığı bildirilib.
Dava şiddətləndikdən sonra kabin heyəti və digər sərnişinlər iki şəxsi ayırmağa çalışıblar. Müdaxilədən sonra vəziyyətin nəzarətə alındığı qeyd edilib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. “Biman Bangladesh Airlines” rəsmiləri insidentlə bağlı araşdırma aparıldığını bildiriblər.
Bu küçədə çuxurların əlindən hərəkət çətinləşib - Şikayətlər cavabsız qalıb - VİDEO
Bakıda sürücü avtobus sürməkdən imtina etdi: Türkiyəli xanım narazılıq etdi - VİDEO
Qırmızıda yolu qaçaraq keçən yaşlı kişi təhlükəli anlar yaşatdı - VİDEO
İqlim dəyişikliyi milyonadək insanın ölümü ilə nəticələndi
Nizamidə işıq dirəyinin lampası az qala maşının üstünə düşəcəkdi - VİDEO
Çuxurlar yolu iflic edib, sürücülər əks yola çıxmağa məcbur qalır - VİDEO
Təcili yardıma yol verən sürücünün avtomobilini vurdu, sonra ərazidən qaçdı - VİDEO
Xocasən yolundakı çuxurlar ya ziyan vurur, ya da qəza riski yaradır - VİDEO
İçərişəhərdə maşınını park edən idmançı qiymətdən şoka düşdü - VİDEO
Biləcəridə nəhəng ağac yolu bağladı, işi yarımçıq qoyub getdilər - VİDEO
Xırdalanda güclü külək binanın dam örtüyünü uçurdu – VİDEO












