Təzyiqdən öldüyü deyilən qadın qətlə yetirilibmiş - Gəlinlə qardaşı tutuldu - VİDEO - YENİLƏNİB

Biləsuvarın İsmətli kəndində gəlini və onun qardaşı tərəfindən öldürüldüyü ehtimal edilən 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın nəşinin ekshumasiyası həyata keçirilir.
Belə ki, mərhum bir neçə ay öncə dəfn olunmuşdu.
Qeyd edək ki, təzyiqdən öldüyü deyilən qadının əslində qətlə yetirildiyi ortaya çıxıb.
Daha ətraflı İctimai TV-nin videomaterialında:
***10:00
Noyabrın 3-ü Biləsuvar rayonunda vəfat etmiş və qan təzyiqindən öldüyü bildirilən qadının əslində qətlə yetirildiyi məlum olub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.
Belə ki, ilkin informasiyaya görə, həmin gün kənd sakini 1953-cü il təvəllüdlü Almaz Cəfərova beyindaxili təzyiqdən ölüb və onun təbii şəraitdə vəfat etdiyi bildirilərək dəfn olunub. Lakin polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə A. Cəfərovanın boğularaq öldürülməsi müəyyən edilib.
Hadisəni törətməkdə şübhəli bilinən mərhumun gəlini 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadə və onun qardaşı 2000-ci il təvəllüdlü Qasım Həsənov polis tərəfindən saxlanılıb. Onlar aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Biləsuvarda təzyiqdən öldüyü qadının qətlə yetirildiyi məlum olub.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.
İlkin məlumata görə, bir ay öncə kənd sakini 1953-ci il təvəllüdlü Almaz Cəfərova vəfat edib. Bu zaman onun qan təzyiqindən öldüyü bildirilib.
Dünən ortaya çıxan kamera görüntülərindən onun gəlini tərəfindən boğulduğu aşkarlanıb.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO








