Ticarət mərkəzində atışma törədən azərbaycanlı ilə bağlı YENİ QƏRAR

Rusiyanın Yekaterinburq şəhərindəki “Qrinviç” ticarət mərkəzində atışma törətmiş azərbaycanlı Razi Xəlilovun cəzası yüngülləşdirilib. Avtosfer.az Lent.az-a istinadla bildirir ki, Xəlilov kassasiya məhkəməsinə şikayət edib. Orada onun cəzası bir gün azaldılıb. Razi Xəlilovun dörd il azadlıqdan məhrumetmə cəzası aldığı hadisə 2023-cü ilin noyabrında “Qrinviç”də baş vermişdi. İstintaqın versiyasına görə, Razi tanışı Hüseyn Allahverdiyev ilə mübahisə edib, tərəflər dava düşüb. Onlar tapançalarını çıxarıb atəş açıblar. Xoşbəxtlikdən, xəsarət alan olmayıb. Polis və ticarət mərkəzinin mühafizəçiləri hər ikisini operativ şəkildə saxlayıblar. Həbsdə olarkən Xəlilov qalmaqala da səbəb olub. Ötən il noyabrın 1-də mediada onun videobağlantı ilə qatıldığı Azərbaycan toyunun görüntüləri yayılıb. Vilayət üzrə penitensiar xidmət isə bu videonun saxta ola biləcəyini bildirib.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












