Ticarət mərkəzində atışma - Xəsarət alanlar var - VİDEO

Rusiyanın Moskva vilayətinin Mıtişşi şəhərinin ticarət mərkəzlərindən birində baş vermiş silahlı insidentdə üç nəfər yaralanıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti bildirib.
“Şarapovo yolunda yerləşən ticarət mərkəzində atəş səsləri eşidildiyi barədə məlumat daxil olub. Qanun pozucusu saxlanılıb. Hadisə nəticəsində üç nəfər bədən xəsarətləri alıb”, – qurumun məlumatında qeyd olunub.
“Baza” teleqram kanalı atəş açmış şəxsin 24 yaşlı Danil Potexin olduğunu iddia edib.
İlkin versiyaya görə, qarşıdurma günorta kişi və TM mühafizəsinin əməkdaşları arasında olub. Potexin ticarət mərkəzinə içində qara çanta ilə daxil olmağa çalışıb və yoxlanışdan imtina edib. Təhlükəsizlik əməkdaşları ilə mübahisədən sonra o, mərkəzi tərk edib.
Lakin bir müddət sonra o, çantasız yenidən sözügedən yerə gəlib. O, növbəti dəfə yoxlanışdan imtina edib. Bunun ardınca onunla üç mühafizə əməkdaşı arasında dava başlayıb. Dava zamanı silaha əl atılıb.
Onun hansı silahdan istifadə etdiyi hələlik açıqlanmayıb.
Xəzər dənizində zəlzələ oldu - FOTO
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO
Bakıda süpürgəçini maşın vurub öldürdü










