Tikinti şirkəti qaydalara əməl etmir; yataqxana iflic uşağın başına uçacaq – ŞİKAYƏT - VİDEO

Sumqayıt şəhərində aparılan tikinti işləri sakinlərin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradıb. Şəhərin 15-ci məhəlləsində yerləşən 5 nömrəli yataqxanada yaşayan ailə mövcud vəziyyətlə əlaqədar aidiyyəti qurumlara müraciət edib.
Avtosfer.az xəbər verir ki, sakinin sözlərinə görə, “ASAN” Xidmətin arxa hissəsində, avtovağzala yaxın ərazidə aparılan tikinti işləri nəticəsində yaşadıqları bina faktiki olaraq təhlükəli vəziyyətə düşüb. Bildirilir ki, tikinti prosesi zamanı yataqxananın konstruksiyasında problemlər yaranıb və bina sakinlərin dili ilə desək, ev başlarına uçacaq həddə çatıb.
Müraciətdə qeyd olunur ki, ailədə sağlamlıq imkanları məhdud olan övlad var və o, dövlətin xüsusi qayğısı ilə əhatə olunub, Prezident təqaüdü alır. Valideynlər bildirirlər ki, dövlət tərəfindən övladlarına daim diqqət və qayğı göstərilir. Lakin hazırda mövcud tikinti şəraiti uşağın həyat və sağlamlığı üçün real təhlükə yaradır.
Sakinlər vurğulayırlar ki, bu cür şəraitdə sağlamlıq imkanları məhdud olan uşağın yaşaması həm psixoloji, həm də fiziki baxımdan risklidir. Onların sözlərinə görə, təhlükəli vəziyyət aradan qaldırılmasa, istənilən an ağır nəticələr baş verə bilər.
Yataqxana sakinləri ölkə rəhbərliyinə müraciət edərək bildiriblər ki, başda Ali Baş Komandan, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva olmaqla, həmçinin Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdan kömək gözləyirlər. Onlar aidiyyəti qurumlardan tikinti işlərinə nəzarətin gücləndirilməsini, yaranmış təhlükənin aradan qaldırılmasını və ailənin təhlükəsiz şəraitlə təmin olunmasını xahiş edirlər.
Eltac Zülfüqaroğlu
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 10 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI










