Tikinti şirkəti sakini zorla evindən çıxarmaq istəyir? - VİDEO
Hadisə
24 Oktyabr 2024 20:24
Oxunub 220
Nəsimi rayonu, Novruzov Qardaşları, 55 ünvanında yerləşən ev sahibi ilə "Pilot-16" MMC tikinti şirkəti arasında məhkəmə çəkişməsi gedir.
Avtosfer.az xəbər verir ki, tikinti şirkətinin evin müqabilində verdiyi kompensasiya ev sahibini qane etmir. Ona verilən beş yüz min manatla razılaşmayıb, bir milyon manat tələb edir. Vətəndaş Yusif Quliyev iddia edir ki, evdən çıxarılması üçün süni maneələr yaradılır. Evin ətrafında qazıntı işləri aparılır və süni göl yaradılıb.
Ev sahibinin qaynının tikinti şirkətinə məxsus ağır texnikanı yandırması vəziyyəti daha da çətinləşdirib.
Daha ətraflı ARB TV-nin materialında:
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR