“TikTok” 10 milyon dollar CƏRİMƏLƏNDİ

Venesuela Ali Məhkəməsi “TikTok” sosial şəbəkəsini insanların psixi və fiziki sağlamlığına zərər vuran məzmun yaydığına görə 10 milyon dollar cərimələyib.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə Bolivar Respublikası Ali Məhkəməsi sədrinin müavini Tanya D Amelio "Venezolana de Televisión" telekanalının efirində bildirib.
"Venesuela Ali Məhkəməsi “TikTok”a bu qərarın yayımlanmasından sonra səkkiz gün ərzində Milli rabitə Komissiyasına ödənilməli olan 10 milyon dollar cərimə və insanın psixoloji və fiziki sağlamlığına zərər verən Viral məzmunun yayılmasının qarşısını almaq üçün tədbirlərin görülməsinin zəruriliyi barədə məlumat verir", - D Amelio deyib.
O, bu vəsaitlərin təzminat üçün “TikTok” Qurbanları Fondunun yaradılması üçün istifadə olunacağını söyləyib.
Ali Məhkəmə, həmçinin “TikTok” şirkətinə ölkədə müəyyənləşdirilmiş hüquq normalarına riayət olunmasına nəzarət etmək üçün Venesuelada nümayəndəlik qurmaq barədə qərar çıxarıb.
Cəriməni ödəyə bilməyən sürücü qoyun oğurladı - Məhkəmə ağır cəza verdi
Bu gənc qızla-oğlanı polis axtarır – SƏBƏB
Azərbaycanda tanınmış cərrah əməliyyatı qüsurlu icra etdi: 32 min ödəyəcək
Xətaidə gecə ilə peyda olan DAHA BİR OBYEKT - FOTO
Bakı metrosunda HƏYƏCANLI ANLAR - YENİLƏNİB
Polis məşhur tiktoker Solmazı söyüşə görə həbs etdi - FOTO
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir? - VİDEO
Şəmkirdə "Prado"da meyit tapıldı
İtkin düşən 88 yaşlı kişi axtarılır - FOTO
Salyan bazarında qadın satıcı almaları tüpürərək silib? - VİDEO
Saatlıda avtomobilin vurduğu piyada öldü










