"TikTok"a görə qadın ofisiantı döyən restoran rəhbəri HƏBS EDİLDİ

Bakı şəhəri, Nizami rayonunda yerləşən restoranların birinin icarədarı ofisiantı döyüb.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, restoran işlədən İ.Fərid adlı sahibkar Samirə adlı qadın ofisiantı döyməkdə ittiham edilib.
Belə ki, sahibkar restoranda Samirənin "TikTok" sosial şəbəkəsində canlı yayım açdığını görüb. O, ofisianta əsəbiləşib və "sən sabahdan istirahətdəsən", - deyib.
Hadisənin səhəri günü Samirə gündəlik 20 manat əməkhaqqını almaq üçün Fəridin yanına gəlib. Sahibkar isə işdən qovduğu işçisinin maaşını ödəməkdən imtina edib. Zərərçəkmiş qadın sahibkara - "haram xoşun olsun", - deyib. Bu zaman Fərid restoranda olan müştərilərin yanında Samirənin üstünə hücum edərək onu təhqir edib. Daha sonra sahibkar ofisiantın üzünə qapını çırparaq, yumruqla baş nahiyəsinə zərbə vurub.
Nəticədə Samirə baş və bədənin müxtəlif nahiyələrindən zədə alaraq xəstəxanaya yerləşdirilib.
Məhkəmənin qərarı ilə Fərid Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Cərimə balı, cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO










