"TikTok"da ipoteka vədi ilə vətəndaşı aldadan maklerə hökm oxundu

"TikTok" sosial şəbəkəsində yerləşdirdiyi mənzil elanları vasitəsilə vətəndaşı aldadaraq pulunu ələ keçirməkdə təqsirləndirilən maklerə hökm oxunub.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, təqsirləndirilən Rəşad Əliyev (şərti) "TikTok" platformasında "@emlak_baku” adlı səhifədə Xırdalan şəhərində yerləşən mənzilin satışı ilə bağlı elan yerləşdirib. Elanla maraqlanan zərərçəkmiş Elvin Məmmədova (şərti) mənzilin ipoteka yolu ilə alınmasına kömək edəcəyini bildirib.
O, zərərçəkmişə 21 min 500 manat ilkin ödəniş qarşılığında bankdan güzəştli şərtlərlə ipoteka krediti təşkil etdirəcəyini vəd edib. Daha sonra müxtəlif ödənişlər adı ilə vətəndaşdan ümumilikdə 21 min 500 manat pul alıb.
Aldanıldığını başa düşən zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib. Rəşad Əliyev saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib.
Cinayət işinə Xətai Rayon Məhkəməsində baxılıb. Rəşad Əliyev məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilib.
O, məhkəmənin hökmü ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Rəşad Əliyevin şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 gün 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO












