“TikTok”da tanış olduğu qadının uşaqlarına tərbiyə adı ilə - Dəhşətli işgəncələr verdi

“TikTok”da tanış olduğu qadınla birlikdə yaşamağa başlayan Kənan Abdullayev onun 6 və 10 yaşlı uşaqlarına dözülməz işgəncələr verib.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, uşaqların atasının məsələdən xəbərdar olmasından sonra cinayətin üstü açılıb.
Hadisə azyaşlıların anasının Kənanla birlikdə yaşamaq üçün onun kirayə qaldığı evə köçməsi ilə başlayıb. Həmin vaxta kimi Aytac (şərti) əri ilə birgə yaşayırmış. O, ötən ilin noyabr ayında uşaqlarını götürüb evdən çıxıb, bir daha geri qayıtmayıb. Hətta ailəsi onun itkin düşməsi ilə bağlı polisə müraciət edib.
İstintaq materiallarında yazır ki, Aytac sevgilisinin yanına köçəndən sonra uşaqlarının qara günləri başlayıb. Belə ki, Kənan, guya, tərbiyələndirmək adı ilə uşaqları mütəmadi olaraq döyüb, onlara müxtəlif formalarda işgəncələr verib.
Kənan uşaqların səs-küy salaraq onun istirahətini pozduqlarını bəhanə edərək bacı-qardaşa şillə və yumruq zərbələri vurub. Bundan əlavə azyaşlıların hər ikisinin başlarını bir-birinə toqquşdurub, onları tək ayaq üstə saxlayıb. Ən dəhşətlisi isə odur ki, Kənan mətbəx bıçağını qazın üstündə qızdıraraq uşaqların qoluna bir neçə dəfə damğa basıb. Nəticədə köməksiz uşaqlar yanıq xəsarətlərindən bir neçə gün ağrı, əzab çəkiblər. Amma bu da son deyil… Növbəti günlərdə bacı-qardaş evdə oynadıqlarında yenə səs-küy salıb, əşyaların yerini dəyişiblər. Buna əsəbiləşən Kənan onları iplə döyüb, ayaqlarından dartaraq sürüyüb. Hətta uşaqlardan birini binanın 7-ci mərtəbəsindən aşağı sallayaraq öldürəcəyi ilə qorxudub.
.jpg)
Bir müddət sonra uşaqların atası bu hadisələrdən xəbər tutub. O, övladlarının qollarındakı yanıq xəsarətlərini gördükdən sonra polisə məlumat verib. Faktla bağlı cinayət işi başlanılıb.
Bundan sonra Aytac Kənandan ayrılıb. O, uşaqlarını da götürərək ərinin yanına qayıdıb və hazırda birgə yaşayırlar.
Kənan məhkəmədə təqsirini qismən etiraf edib, yalnız uşağı 7-ci mərtəbədən aşağı sallayaraq ölümlə hədələdiyini inkar edib. Bütün hərəkətləri də uşaqları tərbiyələndirmək üçün etdiyini deyib. İşgəncə görən azyaşlı uşaqlar da qanuni nümayəndənin iştirakı ilə məhkəmədə ifadə veriblər. Bacı-qardaş hakim qarşısında onlara verilən dəhşətli işgəncələri etiraf ediblər.
İttiham digər şahidlərin ifadələri ilə də təsdiqini tapıb.
Məhkəmənin hökmü ilə Kənan Abdullayev əzab verməkdə və sağlamlığa ağır zərər vurmaqla hədələməkdə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












