“Tiktok”da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb - VİDEO

“Tiktok”da investisiya və yatırım adı altında vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb. Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sosial şəbəkələrdə investisiya və yatırım, eləcə də qanunsuz onlayn qumar-kazino oyunlarında qazanc əldə etmək adı altında dələduzluq edən 23 yaşlı Fərhad Süleymanov saxlanılıb. O, “TikTok” sosial şəbəkəsində “Gazanc Tiktok”, “Zahid.Əliyev114”, “Yusif Mamedov” adlı səhifələr açaraq orada tanış olduğu şəxslərə kiçik məbləğlərdə pul vəsaitləri göndərdikləri təqdirdə yüksək məbləğdə qazanc əldə edəcəklərini, qanunsuz onlayn qumar-kazino oyunlarına investisiya yatıraraq maddi gəlir qazanacaqlarına dair yalan vədlər verib. F.Süleymanov bu kimi kiberdələduzluq üsulları ilə 20-yə yaxın vətəndaşı aldadaraq onların pul vəsaitini ələ keçirib. Faktlarla bağlı araşdırma aparılır. F.Süleymanovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər. Bir daha vətəndaşlara müraciət edirik ki, sosial şəbəkələrdə tanış olduqları naməlum şəxslərin saxta vədlərinə aldanmasınlar, investisiya və ya yatırım adı altında gələn şirnikləndirici təklifləri qəbul etməsinlər. Maddi vəsaitlərini tanımadıqları şəxslərə göndərməsinlər, şəxsi və bank kartı məlumatlarını heç bir halda qarşı tərəflə bölüşməsinlər.
Toyundan bir gün sonra ağır qəza törədən gəncə hökm oxundu - 4 il 10 ay 4 gün
Gəmiricilər kabelləri məhv edib təzə avtomobillərə ziyan vurdu
Bakıda naməlum qadın gecə evlərin arasında gəzir - "Narkotik axtarır" - VİDEO
Bakıda narkotacirlərin saxlanılmasının ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO
Bakıda 18 nömrəli avtobuslar yolda qaldı - SƏBƏB
DTX-dan ƏMƏLİYYAT: Müharibədə iştirak edənlər saxlanıldı
Skuterlə yolu kor-koranə keçən oğlan avtobusa çırpıldı - ANBAAN VİDEO
77 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ
Cəlilabadda əmisinin baltaladığı uşaqlardan biri öldü - YENİLƏNİB
Bakıda "Mercedes" yandı
Sürücülərin "qaranlıq imtahanı": Magistral yolda işıqlar niyə söndürülüb? - VİDEO










