“TIR-dan 63 kq narkotik çıxdı, yaşlı atam günahsız yerə həbsə düşdü”

“40 ildir TIR sürücüsü olan atam 2025-ci il sentyabrın 12-dən Naxçıvanda cəzaçəkmə müəssisəsində saxlanılır”.
Avtosfer.az xəbər verir ki, bunu “Qafqazinfo”ya həbsdə olan Miribrahim Kərimovun oğlu Mirağa Kərimov deyib.
Atasının günahsız olduğunu hesab edən şikayətçinin sözlərinə görə, hər şey İrandan zəng gəldikdən sonra başlayıb: “Atam TIR sürücüsüdür, sifariş olduğu zaman Bakıdan İrana, Türkiyəyə, Gürcüstana, Rusiyaya gedir. Sentyabrın 12-də atama İrandan zəng gəldi və bildirdilər ki, Türkiyəyə yük daşınmalıdır. Atam da Culfadan İrana keçdi, maşına İran gömrüyünün ətrafında mallar yükləndi. Daha sonra yüklər plomblandı, elə həmin gün də Culfaya qayıtdı. Lakin Culfada maşın yoxlanılarkən yükün içərisindən 63 kq narkotik çıxıb. Atamı elə həmin gündən Naxçıvanda cəzaçəkmə müəssisəsində saxlayırlar”.
Mirağa Kərimov hadisə ilə əlaqədar araşdırmaların zəif aparıldığını düşünür: “2 dəfə məhkəmə olub, atama danışmağa, özünü müdafiə etməyə imkan vermirlər. Yanvarın 12-də 3-cü məhkəməsi keçirildi. İranda tutduğumuz vəkilin köməkliyi ilə bəzi sənədləri toplayıb gətirdik, lakin prokuror qəbul etmədi. Atam da etirazını bildirdiyinə görə növbəti məhkəmə prosesini fevralın 17-nə təyin etdilər. Lakin prokurorun səhhətində problem olduğu üçün ötən gün məhkəmə keçirilmədi və növbəti proses martın 6-na təyin edildi.
Məsələ ilə bağlı araşdırma aparılmır, işi bağlamağa çalışırlar. Biz İranda da, Naxçıvanda da vəkil tutmuşuq. İşi izləsək də, bu gedişlə heç nə əldə edə bilməyəcəyik. Tələbimiz ondan ibarətdir ki, iş dərindən araşdırılsın. Maşının içərisindən 63 kq narkotik çıxıb, amma ortada da heç kim tapılmadı”.
Vətəndaş bildirir ki, əllərində malların TIR-a yüklənmə anının görüntüləri də var: “Həmin kisədəki məhsullar pəncərə istehsal etmək üçün xammallardır. Kisələr də zavoddan çıxıb, bağlanılıb, tikilib. Daha sonra gömrük yoxlanışında kisələrin içərisindən narkotik çıxıb. 63 kq narkotik külli miqdarda pul deməkdir və biz onun ödənişini heç vaxt edə bilmərik. Heç bir sürücü də Naxçıvan gömrüyündən narkotik keçirməyə risk edə bilməz, çünki orada çox güclü yoxlanış var. İranda həmin malları TIR-a yükləyən adamları araşdırıb tapıblar. Onların telefonları dinlənilib, fəhlələr araşdırılıb, lakin heç nə tapılmadı. Orada tutduğumuz vəkil həmin malı istehsal edən zavodu polisə verəcək. Atamın 63 yaşı var, yaşlı adamdır, günahsız yerə həbsə düşməməlidir. İstəyirik ki, iş lazımı qurumlara çatsın və araşdırılsın, məsələ ilə bağlı dövlətimiz ədalətli qərar versin”.
Məlumat üçün bildirək ki, bənzər hadisə “Cənub-Astara” gömrük postunda da qeydə alınmışdı. Sonradan 34 yaşlı sürücü Zeynal Tağızadə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirsiz elan edilmişdi. Qərara təsir göstərən əsas səbəblər maşına baxış keçirən gömrük inspektoru və hal şahidinin ifadələri olmuşdu.
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Kiberpolis əməliyyat keçirdi: Elcan Cəfərov saxlanıldı - VİDEO
Avtomobilini qarajda saxlayanlara XƏBƏRDARLIQ; yana bilər
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO
DTX xüsusi əməliyyat keçirdi - Namiq Ağalarov Azərbaycana gətirildi
Yolun ortasında təhlükəli hərəkətlər etdilər - Valideynləri ilə polisə çağırıldılar - VİDEO
Prospektdə motosiklet sürücüsü son anda qəzadan xilas oldu - VİDEO
Rusiyadan gələn yük avtomobili yandı - VİDEO
Səkkiz avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına dörd min manat cərimə - VİDEO
Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: "Nə maşın var, nə də pul" - VİDEO










