Torpaq sürüşməsi yolda problemə səbəb olub - Beton dayaqlar belə tab gətirmir - VİDEO

Torpaq sürüşməsi İsmayıllı yolunda problemə səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, sürüşmələrin mütəmadi qeydə alındığı Muğanlı-İsmayıllı yolunun bəzi hissələrində yaz və payız aylarında aktivlik daha da artır.
Sürüşmələrin ən çox müşahidə olunduğu yer yolun Xankəndi və Mücü kəndlərinin ərazisindədir.
Fevral ayının sonu və martın əvvəllərində yağan qarın əriməsi nəticəsində həmin ərazidə sürüşmə aktivləşərək hazırda da davam edir. Ötən gün torpaq kütlələri yola tökülüb və hərəkət məhdudlaşıb.
Yolda hərəkəti bərpa etmək üçün əraziyə texnikalar cəlb edilib. Sürüşmə Muğanlı-İsmayıllı yolunda gedən təmir tikinti işlərində gecikmələrə də səbəb olub. Dağ ətəyində quraşdırılan beton dayaqlar belə tab gətirmir. Nəticədə torpaq qatı avtomobillərin hərəkət hissəsinə tökülür.
Buna baxmayaraq, hazırda yol işlək vəziyyətdədir.
Daha ətraflı videomaterialda.
İtkin düşən 88 yaşlı kişi axtarılır - FOTO
Salyan bazarında qadın satıcı almaları tüpürərək silib? - VİDEO
Saatlıda avtomobilin vurduğu piyada öldü
Məhv edilən həmin raketin görüntüləri - FOTO - VİDEO
Avtobuslarda cibgirlik edən şəxs tutuldu - VİDEO
Onun tayı-bərabəri yoxdur: dünyanın ən yaxşı lüks elektrik avtomobili
İş adı ilə Türkiyəyə aparılan azərbaycanlı qadınların Quşadası kabusu
Bakının əsas prospektlərindən birində YÜK AVTOMOBİLİ YANDI - FOTO
Avtomobil ustalarının fırıldağı: Ehtiyat hissəsini bir maşından oğurlayıb, digərini təmir edirmişlər
Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar
Azərbaycan səmasında dronlar GÖRÜNÜR - VİDEO










