Torpaq uçqunu baş verib, yolda hərəkət dayanıb - VİDEO
Hadisə
14 Aprel 2022 21:43
Oxunub 1390
İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində növbəti dəfə torpaq uçqunu baş verib.
Avtosfer.az-ın məlumatına görə, bu gün səhər saatlarında hündür dağlardan gələn torpaq və daşlar avtomobil yoluna tökülüb, nəticədə nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayanıb. Dağ uçqunu yolu böyük ərazidə bağlayıb. Əraziyə ağır texnikalar və işçi qüvvəsi cəlb edilib. Yolun bağlı qalması səbəbindən avtomobillərin Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah, Güyüm kəndlərinə gediş-gəlişi bir neçə saat dayanıb. Günorta saatlarında uçan daş və qaya parçaları yoldan təmizlənib. Avtomobillərin hərəkəti bərpa edilib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR