Torpaq üstündə qardaşı oğlunu öldürən Şərur sakini saxlanıldı - YENİLƏNİB

İyulun 13-də Şərur rayon sakini 1991-ci il təvəllüdlü İbrahimov İbrahim Əbülfəz oğlunun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Naxçıvan Muxtar Respublikası prokurorluğundan Avtosfer.az-a verilən məlumata görə, araşdırma zamanı, Şərur rayonu Yuxarı Havuş kənd sakini 1991-ci il təvəllüdlü İbrahimov İbrahim Əbülfəz oğlunun rayonun Aşağı Daşarx kənd ərazisində əmisi və həmkəndlisi 1971-ci il təvəllüdlü İbrahimov Cabir İbrahim oğlu tərəfindən torpaq sahəsi üzərində aralarında yaranan mübahisə zamanı dəmir parçası ilə xəsarət yetirilərək qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cabir İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
***13:55
Naxçıvanda qətl hadisəsi törədilib. Avtosfer.az xəbər verir ki, hadisə Şərur rayonunun Daşarx kəndinndə baş verib.
İlkin məlumata görə, Yeni Havuş kənd sakini, 1991-ci il təvəllüdlü İbrahimov İbrahim Əbülfəz oğlu qətlə yetirilib.
Onu qətlə yetirməkdə həmin kənd sakini, 1971-ci il təvəllüdlü İbrahimov Sabir İbrahim oğlu şübhəli bilinir.
Qeyd edək ki, İ.İbrahimov S.İbrahimovun qardaşı oğludur, hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, fakt araşdırılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












