Tovuzda 20 yaşlı gənc "07" ni işıq dirəyinə çırpdı; kənd işıqsız qalıb, xəsarət var - VİDEO

Tovuzda işıq dirəkləri aşıb, elektrik naqilləri qırılaraq yola düşüb. Avtosfer.az xəbər verir ki, bu barədə redaksiyamıza video göndərilib.
Belə ki, hadisə bu gün Tovuz rayonunun Alakol kəndində baş verib. “Vaz 2107” markalı avtomobilin sürücüsü idarəetməni itirərək işıq dirəklərinə çırpılıb. Kəndə elektrik enerjisinin verilməsi dayandırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza nəticəsində avtomobilin sürücüsü, 2004-cü il təvəllüdlü Nicat Süleymanov xəsarət alıb.
"Azərişıq" ASC-dən Avtosfer.az-a bildirilib ki, əraziyə elektrik enerjisinin verilişi dayandırılaraq, təhlükəsizlik təmin edilib: "Qəza ilə bağlı polis əməkdaşlarının araşdırmasından sonra problem həll olunacaq. Hazırda əraziyə yeni işıq dirəklərinin daşınmasına başlanılıb".
Məhəbbət Tərlanoğlu
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO










