Tovuzda bir ailənin 5 üzvü qidadan zəhərlənib - FOTO
Hadisə
20 Avqust 2025 23:24
Oxunub 740

Tovuzda bir ailənin beş üzvü qidadan zəhərlənib.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.
Belə ki, bir ailədən 5 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onlara tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.
Zəhərlənən şəxslərin yaxınları dönər yedikdən sonra onların vəziyyətlərinin dəyişdiyini bildiriblər.
Faktla bağlı araşdırma aparılır.
***
Tovuzda dönərdən zəhərlənən 5 nəfərdən 3-ü azyaşlıdır.
Məlumata görə, Tovuz rayonun Əyyublu kənd sakinləri Şəmkirdə yedikləri dönərdən zəhərləniblər.
Hazırda zəhərlənən şəxslərin müalicəsi Tovuz Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.



ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













