Tovuzda ər arvadını öldürdü - YENİLƏNİB

Tovuzda qadının qətlə yetirilməsinin təfərrüatları məlum olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisəni törədən 1993-cü il təvəllüdlü Səbuhi Hacızadə ötən gün Monteneqrodan yaşadığı Tovuz rayonunun Əyyblu kəndinə gəlib.
Bu gün isə o, həyat yoldaşı 1996-cı il təvəllüdlü Mətanət Hacızadənin atasıgilə gedib. Elə orada həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib. İddialara görə, S.Hacızadə qətli xəyanətə görə törədib.
Qeyd edək ki, ailənin üç azyaşlı oğlu var. Hazırda hadisəni törədən S.Hacızadənin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı araşdırma davam etdirilir.
***
Tovuzda qadın əri tərəfindən qətlə yetirilib.
Avtosfer.az xəbər verir ki, hadisə Əyyublu kəndində baş verib. Belə ki, kənd sakini 1993-cü il təvəllüdlü Hacızadə Səbuhi Vidadi oğlu qısqanclıq zəmnində arvadı 1996-cı il təvəllüdlü Hacızadə Mətanət Asif qızını bıçaqlayıb. Qadın hadisə yerində ölüb. Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Hadisəni törədən 1993-cü il təvəllüdlü Səbuhi Hacızadənin Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılması istiqamətində tədbirlər görülür.
Qətlin baş vermə səbəbləri araşdırılır.
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO
Bakıda süpürgəçini maşın vurub öldürdü
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO - YENİLƏNİB
Gəncədə avtomobil keçiddən keçən orta yaşlı kişini vurdu - VİDEO
Səs-küylü cinayət işi Ali Məhkəmədə - Bakıda TIR-larla yolu kəsən şirkət rəhbəri ilə bağlı QƏRAR
Cəriməni ödəyə bilməyən sürücü qoyun oğurladı - Məhkəmə ağır cəza verdi










