Tovuzda FACİƏ: Maşın Kürə aşdı, 3 nəfər batdı

Hadisə 3 İyun 2024 10:06 Oxunub 422
Tovuzda FACİƏ:  Maşın Kürə aşdı, 3 nəfər batdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Tovuz rayonun Hunanlar kəndi ərazisində içərisində üç nəfər olan avtomobilin Kür çayına düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Avtosfer.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

***

09:49

Tovuz rayonunda içində dörd nəfər olan avtomobil çaya düşüb.

Avtosfer.az xəbər verir ki, "VAZ-2107" markalı avtomobilin Kür çayına aşması nəticəsində, 1992-ci il təvəllüdlü Turqud İbrahimov, 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov çaya düşüb. Onlardan T.İbrahimov çaydan çıxa bilib.

Digərlərinin axtarışı davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

(Report)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh