Banner

Tovuzda göldən qadın meyiti tapıldı - YENİLƏNİB

Hadisə 1 Yanvar 2026 23:09 Oxunub 224
Tovuzda göldən qadın meyiti tapıldı   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tovuz rayonunda göldən meyiti aşkarlanan qadının şəxsiyyəti müəyyənləşib.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, meyiti tapılan şəxs Tovuz rayon sakini, 2000-ci il təvəllüdlü N.Cəfərovadır.

Aparılan ilkin araşdırmalar zamanı qadının bədənində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

***22:03
Tovuz rayonunda göldən qadın meyiti aşkarlanıb.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Ağdam kəndi ərazisində yerləşən göldə qeydə alınıb. Göldən orta yaşlı qadına məxsus meyit tapılıb.

Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Hazırda qadının kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh