Tovuzda 20 yaşlı gənc "07" ni işıq dirəyinə çırpdı; kənd işıqsız qalıb, xəsarət var - VİDEO

Hadisə 24 May 2024 14:35 Oxunub 378
Tovuzda 20 yaşlı gənc "07" ni işıq dirəyinə çırpdı;  kənd işıqsız qalıb, xəsarət var  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tovuzda işıq dirəkləri aşıb, elektrik naqilləri qırılaraq yola düşüb. Avtosfer.az xəbər verir ki, bu barədə redaksiyamıza video göndərilib.

Belə ki, hadisə bu gün Tovuz rayonunun Alakol kəndində baş verib. “Vaz 2107” markalı avtomobilin sürücüsü idarəetməni itirərək işıq dirəklərinə çırpılıb. Kəndə elektrik enerjisinin verilməsi dayandırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza nəticəsində avtomobilin sürücüsü, 2004-cü il təvəllüdlü Nicat Süleymanov xəsarət alıb.

"Azərişıq" ASC-dən Avtosfer.az-a bildirilib ki, əraziyə elektrik enerjisinin verilişi dayandırılaraq, təhlükəsizlik təmin edilib: "Qəza ilə bağlı polis əməkdaşlarının araşdırmasından sonra problem həll olunacaq. Hazırda əraziyə yeni işıq dirəklərinin daşınmasına başlanılıb".

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh