Tovuzda PARTLAYIŞ - Yaralılar var - YENİLƏNİB - FOTO

Tovuzda partlayış olub.
Avtosfer.az xəbər verir ki, hadisə Tovuz şəhərinin Təzə Bazar adlanan ərazisində qeydə alınıb.
Sözügedən ərazidə yerləşən çilingər sexində yanacaq çənini doğrayan zaman partlayış olub. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Əraziyə FHN-nin və huquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
***
Partlayış zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunlar, 32 yaşlı Rüstəmov Rasim Sahib oğlu və 58 yaşlı Quliyev Ələddin İsrafil oğludur.
Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan Ələddin Quliyevin vəziyyətinin ağır olduğu deyilir.
***
FHN-dən verilən məlumata görə, Tovuz şəhəri, M.Musayev küçəsində avtomobil təmiri sexinin qarşısında yük avtomobilinin çənində təmir işləri aparılan zaman partlayış baş verib.
Partlayış nəticəsində 2 nəfər xəsarət alıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirib ki, 07.12.24-cü il tarixində saat 15:45 radələrində 2 nəfər (kişi cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə təxliyə olunub.
Onlardan 1966-cı il təvəllüdlü şəxsə burun nahiyəsinin didilmiş yarası, başın ənsə nahiyəsinin çapılmış yarası, sol qolun mil sümüyünün sınığı, qarının ön səthinin yarası, 1992-ci il təvəllüdlü şəxsə isə qarının ön səthinin sıyrılmış və yanıq yarısı, sağ dizin sıyrılmış yarası diaqnozları təyin olunub.
Xəsarət alan şəxslərin hər birinə zəruri tibbi xidmət göstərilir. Hazırda müalicələri Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.

Bakıda maşını yanlış yerdə saxlayan sürücü belə cəzalandırıldı - VİDEO
Bakıda tanınmış jurnalistin başına iş gəldi - Görün nə ediblər - FOTO - VİDEO
Sürü qatar yoluna çıxdı, 15 qoyun tələf oldu
Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO
Qətlə görə həbsə düşən gənc azadlığa çıxan kimi yenə adam öldürdü - VİDEO
Oliqarx və ailəsinə sui-qəsd anı - ŞOK VİDEO
Saç kəsimini bəyənmədiyi üçün bərbəri bıçaqladı - VİDEO
Gəncədə qadın ərini qəsdən maşınla vurdu
Sədərəyə gedən yolda sürücülərə TƏHLÜKƏ - "BMW"yə ziyan dəydi - VİDEO
Ağcabədidə ər arvadını bıçaqladı, sonra özünə xəsarət yetirdi
Kiberpolis əməliyyat keçirdi: Qadınları şantaj edənlər saxlanıldı - VİDEO










