Tovuzda qadın və azyaşlı ZƏHƏRLƏNDİ: Biri qazdan, o biri kolbasadan
Hadisə 18 Yanvar 2023 00:19 Oxunub 1628
Tovuzda qadın və azyaşlı ZƏHƏRLƏNDİ: Biri qazdan, o biri kolbasadan

Tovuzda zəhərlənmə baş verib.

Hadisələrdən biri rayonun Köhnə Qala kəndində qeydə alınıb.

23 yaşlı Günay Əkbərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, G Əkbərova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Digər hadisə rayonun Əyyublu kəndində baş verib.

Kənd sakini 10 yaşlı Səma Həmzəyeva da zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Azyaşılının valdeyinlərinin sözlərinə görə, S.Həmzəyev kolbasa yedikdən sonra halı pisləşib.

İlkin məlumata görə, azyaşlı həmin qidadan zəhərlənib.

Hazırda hər iki xəstənin vəziyyətinin kafi olduğu bildirilir. (apa)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh