Banner

Tovuzda qətlə yetirilən şəxs qazi imiş - FOTO - VİDEO

Hadisə 27 Oktyabr 2026 09:30
Tovuzda qətlə yetirilən şəxs qazi imiş - FOTO  - VİDEO
WhatsApp kanalımıza abunə olun

Tovuz rayonunda baş verən qətl hadisəsi ilə bağlı bəzi detallar məlum olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində Neftçala rayon sakini 1986-cı il təvəllüdlü Nizami Qurbanov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Digər sakin - 1988-ci il təvəllüdlü Ülvi Abdullayev isə yaralanaraq xəstəxanaya çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs Ağdam rayon sakini, 2002-ci il təvəllüdlü Elnur Sadıqov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, mərhum Nizami Qurbanov Neftçala rayonunun Xol Qarabucaq kəndindəndir. O, Tovuzda kirayədə qalırmış. N.Qurbanov 44 günlük Vətən müharibəsində iştirak edərək yaralanıb və göstərdiyi şücaətlərə görə müxtəlif medallarla təltif olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə nəticəsində Nizami Qurbanov ölüb, Ü.Abdullayev isə yaralanıb.

1988-ci il təvəllüdlü Ü.Abdullayev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində Ü.Abdullayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə və Nizami Qurbanovu qətlə yetirməkdə şübhəli bilinən 24 yaşlı Elnur Sadıqov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə zamanı Neftçala rayon sakini, 1986-cı il təvəllüdlü Nizami Qurbanov, Ağdam rayon sakini, 2002-ci il təvəllüdlü Elnur Sadıqov, həmçinin 1988-ci il təvəllüdlü Ülvi Abdullayevin spirtli içkinin təsiri altında olduqları bildirilir.

Cinayətin də sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zəminində törədildiyi ehtimal olunur.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

YouTubehttps://www.youtube.com/watch?v=AhkdGVe7P04

 

 

Tovuzda bıçaqlanaraq qətlə yetirilən şəxs qazi imiş: Hadisənin təfərrüatı - Foto/Video

 

FOTO QALEREYA
Oxunub : 224
ŞƏRH YAZ
Ad

E-mail

Şərh