Tovuzda sevgilisini yandıran oğlandan YENİ XƏBƏR

Cari il aprelin 18-də Tovuz rayonu ərazisində 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın xəstəxanada ölməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, istintaqla 2002-ci il təvəllüdlü Röyal Tağıyevin aralarında yaranmış mübahisə zamanı tanışı Türkanə Məmmədovanın üzərinə tezalışan məhlul tökməsi və alışqan vasitəsi ilə onu qəsdən yandırması nəticəsində sonuncunun almış olduğu yanıq xəsarətlərindən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Röyal Tağıyevə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Türkanə Məmmədova Röyal Tağıyevin sevgilisi idi.
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO










