Toy deyil, elə bil maşın rinqidir - VİDEO

Hadisə 15 Mart 2023 12:49 Oxunub 722
Toy deyil, elə bil maşın rinqidir  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rayon toylarından birində baş vermiş maşın savaşı sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Avtosfer.az xəbər verir ki, “VAZ 2107” markalı avtomobilin sürücüsü ilə “VAZ 21015” markalı maşının sürücüsü arasında, toy baş tutan həyətə kimin daxil olamsı mövzusunda mübahisə düşüb. “07”nin sürücüsü digər maşını vuraraq yolundan çəkməyə nail olub. Bəs məntiqə uyğun olmayan bu hərəkətə nə ad vermək olar? İki “şüur”lu insanın hirsini dəmir parçasından çıxarması nə anlama gəlir, ümumiyyətlə bu nəyin hirsidir?

Əziz sürücülər, bəzi “qürur verici” hərəkətlər kənardan gülünc görünür. Belə hərəkətlərin fəxri olmaz. Avtomobillərdən siz istifadə edin, o sizdən yox.

Nurlan Sakitoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh