Toy karvanında avtoxuliqanlıq edən sürücü qəzanın eşiyindən döndü - VİDEO

Qarşısındakı avtomobilə baxaraq şou göstərməyə çalışdı, fırlanaraq yolunu azdı.
Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın mərkəzi küçələrindən birində qeydə alınıb. Çəkiliş zamanı kadrlara düşən görüntülərdən aydın olduğu kimi toy karvanına qoşulan avtomobillərin ikisi digərlərindən fərqlənmək eşqinə düşüb. Bu məqsədlə yolda “avtoşluq” şousu göstərməyə başlayıblar. Öncə qarşıdakı avtomobil sağa-sola manevr edərək yoluna davam edib. Ona baxaraq daha fərqli avtoxuliqanlıq edən arxadakı maşın isə məqsədinə çata bilməyib. Nəticədə anlıq olaraq idarəetməni buraxan sürücü avtomobilinin magistral yolda 180 dərəcə fırlanaraq əks istiqamətə çönməsinə və yoldan çıxmasına səbəb olub. Xoşbəxtlikdən avtomobillər arasındakı məsafə çox olub və digər maşınlar qəza zonasına girməyib. Sürücü salamat şəkildə qurtulsa da, avtomobili isə cüzi zədələr alıb.
Nərmin Əkbər
Azərbaycanlı müğənni qəzaya düşdü: “… dəyən zərbə çox güclü idi” - FOTO
Bakı dairəvi yolunda maşın yandı - Sıxlıq yarandı - FOTO - VİDEO
Bakıda maşın velosipedçini vurub öldürdü
"Tik-Tok"da açıq videosunu paylaşan qadın 15 sutka həbs edildi
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...
İşıqforu və hərəkətdəki maşınları gözardı edən qadın qəzadan güclə xilas oldu - VİDEO
Naxçıvanda maşınla vurulan gənc qız öldü - FOTO
Xocalıda yollar buz bağladı: Vətəndaşlar köməksiz vəziyyətdə qaldı - FOTO - VİDEO
Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur? - FOTOLAR
Sarayda minik avtomobili yandı








