Toy karvanında yolu kəsən sürücü şirinlik istədi – Yol polisi yanından ötüb keçdi - VİDEO

Hadisə 9 Oktyabr 2023 14:38 Oxunub 1496
Toy karvanında yolu kəsən sürücü şirinlik istədi  – Yol polisi yanından ötüb keçdi  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Abdulla Şaiq küçəsində “şou” göstərən sürücü “adət-ənənə” nümayiş etdirərək qaydaları kobud şəkildə pozub. Avtosfer.az xəbər verir ki, söhbət toy karvanının qarşısını kəsən sürücüdən gedir. “KİA” markalı avtomobilini yolun hərəkət hissəsində saxlayaraq bəy maşınından şabaş istəyən sürücü sağ zolaq üzrə sıxlığın yaranmasına səbəb olub. 
Ərazidən keçən yol polisləri bu mənzərəyə reaksiya verməyiblər.
Adətləri yaşatmaq gözəldir, lakin bu adətlər kimlərəsə maneə yaradaraq və ya qaydaları pozaraq yaşanmaz. Sürücüləri diqqətli və məsuliyyətli olmağa çağırırıq. Bəzi ənənələr var ki, onları magistrallarda, prospektlərdə, mərkəzi küçələrdə bir sözlə, hərəkətin sıx olduğu yollarda etmək düzgün deyil. 
Qeyd edək ki, belə hallarda sürücü məsuliyyətə cəlb edilə bilər.

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh