Toy zamanı daha bir şadlıq sarayında yanğın oldu - VİDEO

Yanvarın 10-u Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Firuzə” şadlıq sarayında yanğın baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə toy məclisi zamanı qeydə alınıb. Bildirilib ki, tavanda başlayan yanğın səbəbi ilə salonda tüstülənmə olub.
Sarayın inzibatçısı hadisə ilə bağlı deyib ki, yanğına səbəb dekor qurğuları olub: “Toy təzəcə başlamışdı. Yanğın balaca qığılcım səbəbindən olub. Qonaqlar tez bir zamanda salondan çıxdılar”.
O həmçinin qeyd edib ki, hadisə zamanı xəsarət alan və tüstüdən zəhərlənən olmayıb.
Qeyd olunub ki, qığılcım şadlıq sarayındakı işıqlandırma və tüstüvurma üçün istifadə edilən dekorasiya sistemində başlayıb. Sonradan açıq alovla müşayiət olunan yanğın zamanı dekorasiya üçün istifadə edilən tüstü qutuları da açılıb və zalı tüstü bürüyüb.
Xatırladaq ki, ötən il noyabrın 21-də Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən “Grand Neon” şadlıq sarayında da bənzər səbəbdən yanğın hadisəsi baş vermişdi.
Daha ətraflı videomaterialda:
“Volkswagen”dən videoqeydiyyatçı və monitor oğurlanıb
Xırdalanda qəzaya səbəb olan kanalizasiya lyuku ilə bağlı TƏDBİR GÖRÜLƏCƏK - VİDEO - YENİLƏNİB
Azərbaycanda DƏHŞƏT: Hərbi qulluqçu tanışını öldürdü
Təyyarədə çay içməyin, hətta əllərinizi də yumayın: "Zəhərli" su ilə bağlı şok ARAŞDIRMA
Ağdərədə minaya düşən şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Dəmir yolunda qayda pozan şəxsi qatar vurub öldürdü
Masallıda 9 kq narkotik vasitə dövriyyədən çıxarılıb - FOTO
Gəncədə sürücülər arasında dava düşdü – Biri digərinin burnunu sındırdı
Bakıda taksi sürücüləri müştəri üstündə dava etdilər — TƏFƏRRÜAT
Şamaxıda zəlzələ olub
Suya düşən maşındakı insanları xilas edən polis əməkdaşı imiş – VİDEO - YENİLƏNİB











