
Toyda kütləvi zəhərlənmə baş verib - Şadlıq sarayının rəhbərindən AÇIQLAMA - VİDEO

Bakıda toyda kütləvi zəhərlənmə baş verib. Avtosfer.az-ın məlumatına görə, məclisdə 51 nəfərin zəhərləndiyi bildirilir. Şadlıq sarayının rəhbəri Nəbi Baxşalıyevin sözlərinə görə, hazırlanan yeməklər müəyyən sənədlər əsasında alınır. Həmin gündə məhsulların hər biri yeni olub.
Sahibkar iddia edir ki, baş verənlər şadlıq sarayının adına xələl gətirmək üçündür. Nəbi Baxşalıyev deyir ki, hadisə olan vaxtdan bir saat sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları dərhal restorana gəliblər.
Bu gün axşam həmin restoranda toy keçirəcək şəxs də məsələni eşidən kimi şadlıq sarayına gəlib, baş verənlərlə maraqlanıb.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, hadisənin nədən qaynaqlandığı araşdılır.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən isə bildirilib ki, müxtəlif saatlarda təcili tibbi yardım briqadaları vasitəsilə zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub. Əlavə olaraq, 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib. Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb.
Daha ətaraflı videomaterialda: