Turist Bakıda rus dilində söyüş söydü, həbs edildi

Bakıda rus dilində söyüş söyən ukraynalı turist həbs edilib.
Avtosfer.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, 6 avqust 1995-ci il tarixdə Ukrayna Respublikasında anadan olmuş D.G. 10 gün əvvəl Bakıya turist kimi gəzməyə gəlib. O, oktyabrın 17-də axşam saatlarında şəhərə gəzməyə çıxıb. Həmin vaxt emosional olduğu üçün mobil telefonla ucadan danışaraq, rus dilində nalayiq ifadələr işlədib və səs-küy salıb. Ərazidə olan polis əməkdaşları özlərini təqdim edərək, ondan hərəkətlərinə son qoymasını tələb ediblər. Ukraynalı turist bu xəbərdarlıqlara məhəl qoymayıb. Nəticədə saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək, məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, Ukraynadakı məlum hadisələrə görə D.G. Almaniyada yaşayır. Həmin şəxs əməlindən peşman olduğunu bildirib. Məhkəmənin qərarı ilə, D.G. 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO












