Türk sürücülər Avropada külli miqdarda cərimələndilər - FOTO

Polşa polisi ölkəyə Türkiyədən sitrus gətirən yük avtomobilində yoxlama aparıb.
Avtosfer.az xəbər verir ki, Krakov voevodalığının polisi 22 ton yük daşıyan avtomobili yoxlayarkən şübhəli qurğu aşkar edib. Məlum olub ki, sürücünün ayağı altına taxoqrafı söndürən cihaz yerləşdirilib.
Avtomobil servis mərkəzinə gətirilərək taxoqraf sıfırlanıb, sürücüyə isə 2600 avro (5100 AZN) cərimə yazılıb. Daşınan yük cərimə ödənilənədək girov saxlanacaq.
Qeyd edək ki, bu dəfə türk sürücü canını yüngül cəza ilə qurtara bilib. Bir neçə gün əvvəl Almaniyanın Bilelfeld şəhərində oxşar fırıldağa görə türk sürücüyə 30 min avro (59 000 AZN) cərimə yazılmışdı.
Bu situasiyada polis 2 həftə əvvəl istismara verilən maşında taxoqraf blokunun artıq düzgün işləmədiyini görərək qurğunu ekspertizaya göndərmişdi. Məlum olub ki, yeni istehsal edilmiş qurğuya artıq müdaxilə edilib.
Maraqlıdır ki, eyni sürücü iyulda da oxşar əmələ görə cərimələnib.
Vüqar
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB















