Türkanda ruhi xəstə olan qadın sakinləri və sürücüləri NARAHAT EDİR - VİDEO

Hadisə 2 İyul 2024 15:00 Oxunub 344
Türkanda ruhi xəstə olan qadın sakinləri və sürücüləri NARAHAT EDİR   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində uzun zamandır xoşagəlməz hal mövcuddur.

Avtosfer.az xəbər verir ki, sakinlərdən biri bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, ruhi xəstə olan qadın sözügedən ərazidəki sakinlərə və sürücülərə real təhlükə yaradır. Belə ki, o, yolla gedərək nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırır. Eyni zamanda şikayətçi, xəstə qadının yaşından asılı olmayaraq vətəndaşları təhqir etdiyini bildirib.

Qeyd edək ki, ruhi xəstə olan qadın 2-3 ildir qəsəbədə yaşayır və bu müddət ərzində insanları narahat edir.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh