Bakıda silahlı insident: Oğlunu yaralayıb, atasını öldürdü

Hadisə 26 Mart 2026 19:48
Bakıda silahlı insident: Oğlunu yaralayıb, atasını öldürdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Martın 26-da axşam saatlarında Xəzər rayonu Zirə qəsəbəsi ərazisində münaqişə zəminində silahlı insident baş verib. DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, 1959-cu il təvəllüdlü Cavanşir Muradov mübahisə zamanı ov tüfəngindən atəş açaraq qəsəbə sakini, 1981-ci il təvəllüdlü Məmmədhüseyn Əmirovu öldürməyə cəhd göstərib. Hadisə zamanı sonuncunun atası, 1956-cı il təvəllüdlü Vaqif Əmirov tüfəngdən açılan atəş nəticəsində ölüb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə C.Muradov saxlanılıb. Ondan cinayət aləti olan ov tüfəngi götürülüb. Hadisə şəxsi münasibətlər zəminində baş verib. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
Oxunub : 724
ŞƏRH YAZ
Ad

E-mail

Şərh