Türkiyədə 33 mərtəbəli otelin binasından özünü atan qız sağ qaldı - ANBAAN VİDEO

Hadisə 5 İyul 2023 11:38 Oxunub 678
Türkiyədə 33 mərtəbəli otelin binasından özünü atan qız sağ qaldı - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyənin İzmir şəhərində gənc qız intihara cəhd edib.

Avtosfer.az xəbər verir ki, 20 yaşlı A.E. 33 mərtəbəli boş vəziyyətdə olan otelin 16-cı mərtəbəsindəki terasa çıxıb.

Hadisə yerinə polis, təcili yardım və xilasetmə qrupları cəlb edilib.

O, polisin 2 saata yaxın səylərinə baxmayaraq özünü binadan atıb.

A.E. yanğınsöndürənlərin açdığı hava yastığının üzərinə düşüb.

Ona hadisə yerində ilkin tibbi yardım göstərilib. Daha sonra xəstəxanaya yerləşdirilib.

Müalicəsi davam edir.

Gənc qızın hansı səbəbdən intihara cəhd etməsi məlum deyil.

baku.ws

ŞƏRH YAZ
Ad

E-mail

Şərh