Banner

Türkiyədə 70 kiloqram qızılla saxlanılan azərbaycanlı polkovnik-leytenant imiş – DETALLAR - YENİLƏNİB

Hadisə 23 Noyabr 2024 15:30 Oxunub 344
Türkiyədə 70 kiloqram qızılla saxlanılan azərbaycanlı polkovnik-leytenant imiş – DETALLAR  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyədə "Vadi İstanbul" ticarət mərkəzinin yaxınlığında taksidə üzərində 70 kiloqram qızılla saxlanılan azərbaycanlı hərbi attaşe ilə bağlı yeni detallar məlum olub.

Avtosfer.az "Müsavat"a istinadən xəbər verir ki, Türkiyə mətbuatında M.Q.Ş. kimi təqdim edilən həmin şəxs polkovnik-leytenant Qəhrəman Şamil oğlu Məmmədovdur.

Türkiyə mediasının yaydığı məlumata əsasən, o, qızıl qaçaqmalçılığı ilə bağlı ittiham olunur.

Hadisənin mahiyyəti Səudiyyə Ərəbistanı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı aşkar edilib və 70 kiloqram qızılın qaçaq yolla daşınması ittihamların mərkəzində dayanır.

Azərbaycanın müvafiq dövlət qurumları məsələnin ciddiliyini nəzərə alaraq onu dərhal ölkəyə geri çağırıb və barəsində araşdırmalara başlayıb.

Məlumata görə, o, əvvəllər Azərbaycanın dövlət strukturlarında, xüsusən də 2017-2021-ci illərdə Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə çalışıb.

Bildirilir ki, qaçaqmalçılıq əməliyyatı Səudiyyə Ərəbistanı ərazisindəki müəyyən ticarət və tranzit əlaqələri vasitəsilə həyata keçirilib. Diplomatik toxunulmazlıq hüququndan istifadə olunaraq qızılın sərhəd keçidlərində yoxlanışdan kənar daşındığı ehtimal olunur. Hüquq-mühafizə orqanlarının əməliyyatı nəticəsində bu şəbəkənin bir hissəsi olaraq onun adının hallandığı bildirilir.

Araşdırmalar göstərir ki, ittiham olunan diplomat ya qaçaqmalçılıq şəbəkəsinin birbaşa iştirakçısı olub, ya da bu əməliyyata bilərəkdən və ya bilməyərəkdən cəlb edilib. Hələlik məsələ ilə bağlı istintaq davam edir və hadisənin tam mənzərəsi aydınlaşmayıb.

Qeyd edək ki, 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşe vəzifəsində çalışmış Qəhrəman Məmmədovun hazırda ölkəmizin Səudiyyə Ərəbistanında hərbi attaşe kimi fəaliyyət göstərdiyi bildirilir.

***

İstanbulda özünü azərbaycanlı diplomat kimi təqdim edən və 70 kiloqram qızılla saxlanılan şəxs diplomat deyil.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, tutulan şəxs bir müddət əvvəl Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb.

***

Türkiyənin İstanbul şəhərində "Vadi İstanbul" ticarət mərkəzinin yaxınlığında azərbaycanlının üzərində 70 kiloqram qızıl aşkarlanıb. Özünü azərbaycanlı diplomat kimi təqdim edən şəxs qızılların ona aid olduğunu etiraf edib.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, tutulan şəxs həqiqətən də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi işləyib. Son aylarda isə ölkəmizin Səudiyyə Ərəbistanında hərbi attaşesi təyin olunub.

Onun hazırda Bakıya gətirildiyi və məsələ ilə əlaqədar istintaqa cəlb olunacağı bildirilir.

***
23 noyabr, 01:36

Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda, "Vadistanbul" ticarət mərkəzinin qarşısında dayanmış taksidə aparılan axtarış zamanı 70 kiloqram qızıl ələ keçirilib.

Avtosfer.az xəbər verir ki, bu barədə "Cumhuriyyet" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, bu, İstanbul polisinin keçirdiyi əməliyyat zamanı taksidə olan azərbaycanlı M.Ş.G. qızılların ona məxsus olduğunu, özünün də diplomat olduğunu iddia edib. Lakin polis əməkdaşları şübhəlinin ifadəsinə məhəl qoymayaraq onu saxlayıblar.

İstanbul Prokurorluğu hadisə ilə bağlı araşdırmanın davam etdiyini və şübhəlinin diplomatik toxunulmazlığının olub-olmamasının araşdırıldığını açıqlayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh