Türkiyədə binanın çökməsi nəticəsində yaralananların sayı artdı - FOTO - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, İstanbulda Küçükçekmecedə səhər saatlarında 3 mərtəbəli bina çöküb.
Avtosfer.az xəbər verir ki, Küçükçekmece Bələdiyyə Başçısı binanın çökməsi ilə bağlı son vəziyyəti açıqlayıb. Başçı Kamal Çebi bunları deyib:
''Son araşdırmalar aparılır. 9 nəfərdən biri ölü olaraq tapılıb, qalan 1 nəfər özü kortəbii olaraq çölə çıxa bilibHazırda 7 nəfərin hamısı çıxarılıb”.
Məlum olub ki, binanın damında qanunsuz tikili aparılıb.
Avtosfer.az çökən 3 mərtəbəli binanın havadan görüntülərini təqdim edir:




***
11:54
Türkiyənin İstanbul şəhərində üçmərtəbəli binanın çökməsi nəticəsində yaralananların sayı 7 nəfərə çatıb.
Avtosfer.az xəbər verir ki, bunu şəhər valisi Davud Gül bildirib.
"Yaralılardan ikisinin vəziyyəti ağır, beşinin vəziyyəti isə normaldır", - D.Gül deyib.
Onun sözlərinə görə, daha iki nəfər dağıntılar altındadır.
Vali qeyd edib ki, binanın birinci mərtəbəsində mağaza, yuxarı mərtəbələrində isə mənzillər olub.
***
11:42
İstanbulda üçmərtəbəli yaşayış binası çöküb, dağıntılar altında qalanlar var.
Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Küçükçükmece rayonunda baş verib.
İstanbul Valiliyinin verdiyi açıqlamaya əsasən, indiyədək dağıntılar altından iki nəfər yaralı olaraq çıxarılıb.
Hadisə yerli vaxtla saat 08:40 radələrində baş verib.
(APA)
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO











