Türkiyədə daha bir məktəbə silahlı hücum - Ölən var - VİDEO

Hadisə 15 Aprel 2026 16:33
Türkiyədə daha bir məktəbə silahlı hücum - Ölən var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərdən birinə silahlı hücum edən şagird özünə qəsd edib.

Avtosfer.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Məlumata görə, şagird məktəbə 5 silah və 7 daraqla gəlib.

Qeyd olunub ki, hadisəni törədən şəxsin atası keçmiş polis əməkdaşı olub.

Hadisə yerinə çox sayda hökumət və dövlət rəsmisi yollanıb.

***16:00

Türkiyənin Kahramanmaraş bölgəsində məktəbdə silahlı insidenti törədən şəxs öldürülüb.

Avtosfer.az "NTV" telekanalına istinadən xəbər verir ki, bununla bağlı Kahramanmaraş valisi Mükerrem Ünlüer məlumat yayıb.

O bildirib ki, hücum edən şəxs həmin məktəbin 8-ci sinif şagirdi olub.

***

Türkiyənin Kahramanmaraş bölgəsində məktəbdə silahlı insident zamanı dörd nəfər ölüb.

Avtosfer.az "NTV" telekanalına istinadən xəbər verir ki, bununla bağlı Kahramanmaraş valisi Mükerrem Ünlüer məlumat yayıb.

O bildirib ki, hadisə nəticəsində 20 nəfər xəsarət alıb.

***

Türkiyənin Kahramanmaraş bölgəsində məktəbdə silahlı insident baş verib.

Avtosfer.az xəbər verir ki, bu barədə "A Haber" məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində ölənlər və xəsarət alanlar var.

Türkiyədə 8-ci sinif şagirdi məktəbdə qətliam törətdi: 4 ölü, 20 yaralı - FOTO - VİDEO

Məlumata görə, insident yerinə çoxlu sayda polis və tibb qrupları göndəriliblər.

Qeyd edək ki, daha əvvəl Türkiyənin Şanlıurfa bölgəsindəki liseydə silahlı insident baş vermişdi.

Türkiyədə 8-ci sinif şagirdi məktəbdə qətliam törətdi: 4 ölü, 20 yaralı - FOTO - VİDEO

 


Oxunub : 152
ŞƏRH YAZ
Ad

E-mail

Şərh