Türkiyədə DƏHŞƏT: həbsxanada görüşünə gəlməyənləri küçədə GÜLLƏLƏDİ

Türkiyədə 8 nəfəri odlu silahla yaralayan kişi saxlanılıb.
İstanbulda “Sarı Mehmet” ləqəbli Mehmet. B iştirak etdiyi bir cinayətə görə, saxlanılaraq, istintaqa təhvil verilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra istintaqın gedişində Mehmet sərbəst buraxılıb.
“Sarı Mehmet” həbsdə olduğu müddətdə onunla görüşə gəlməyən və maraqlanmayan dost-tanışlarının siyahısını tərtib edib. Beləliklə 1 ay əvvəl azadlığa çıxandan sonra müxtəlif günlərdə həmin 8 nəfəri ayaqlarından odlu silahla yaralayıb. Onun 8-ci adamı yaralamağı da qeyri-adi hadisədir. Belə ki, küçədə gəzərkən vurduğu 61 yaşlı Erdinç Gülseren güllələrdən qurtulduğunu zənn edərək 200 metr piyada gedib. Sonra isə yaralandığını hiss edərək, yerə yıxılıb.

Onun tutulması bir az çətin olub. Belə ki, törətdiyi hadisələrdən sonra naməlum üsulla iz itirib. Ancaq Mehmet Cinayət-Axtarış İdarəsinin əməkdaşları tərəfindən İstanbulun Güngörən adlanan ərazisində saxlanılaraq, istintaqa təhvil verilib. (lent.az)
Bakıda maşın velosipedçini vurub öldürdü
"Tik-Tok"da açıq videosunu paylaşan qadın 15 sutka həbs edildi
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...
İşıqforu və hərəkətdəki maşınları gözardı edən qadın qəzadan güclə xilas oldu - VİDEO
Naxçıvanda maşınla vurulan gənc qız öldü - FOTO
Xocalıda yollar buz bağladı: Vətəndaşlar köməksiz vəziyyətdə qaldı - FOTO - VİDEO
Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur? - FOTOLAR
Sarayda minik avtomobili yandı
Bu görüntülərdəki hər kəs öldü – VİDEO
Üç yaşlı uşağın barmaqları dəmir qapı arasında qaldı - VİDEO









