
Türkiyədə fabrikdə partlayış: Çox sayda yaralı var - VİDEO - FOTO
Hadisə
8 Noyabr 2023 23:55
Oxunub 432

Türkiyənin Hatay şəhərinin İskenderun rayonunda dəmir-polad fabrikində baş verən partlayışda 13 işçi yaralanıb.
Məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır.
Qeyd olunub ki, zərərçəkmişlərdən 9-u İskenderun Dövlət Xəstəxanasına, 4-ü Dördyol Dövlət Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR