Türkiyədə hotel və sərnişin metrobusu atəşə tutuldu - FOTO - VİDEO

Hadisə 3 Aprel 2024 13:00 Oxunub 354
Türkiyədə hotel və sərnişin metrobusu atəşə tutuldu  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyənin İstanbul şəhərinin Küçükçekmece rayonunda dördmərtəbəli hotel uzunlüləli silahlardan atəşə tutulub.

Güllələrdən bəziləri sərnişinlərlə dolu hərəkət edən metrobusa da dəyib.

Hücum edən şəxslər qaçıblar. Hadisə yerinə polis qrupları cəlb edilib, bölgədə geniş təhlükəsizlik tədbirləri görülüb.

Metrobusdakı sərnişinlər qısa müddətdə təxliyə edilib. Metrobusda və hoteldə xəsarət alan olmayıb.

Araşdırma zamanı hoteldə və onun ətrafında uzunlüləli silahlara aid çox sayda boş patron aşkar edilib. 

Cinayətkarların tutulması istiqamətində əməliyyatlara başlanılıb.

 

oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh