Türkiyədə İrana casusluq edənlər tutuldu - Azərbaycanlılar da var
Hadisə
9 Avqust 2023 20:24
Oxunub 452
İstanbul polisi İran kəşfiyyatına casusluq edən xüsusi bir qrupa qarşı genişmiqyaslı əməliyyat keçirib.
Əməliyyat çərçivəsində İrana casusluq etməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb.
Onlar arasında Seymur Rzayev və Hikmət Əliyev adlı iki azərbaycanlının da olduğu bildirilir.
“Mouze” teleqram kanalı Seymur Rzayevin şəxsiyyət vəsiqəsinin fotosunu da paylaşıb. Məlum olub ki, o, Azərbaycan vətəndaşıdır.
Saxlanıldığı iddia edilən iş adamı Seymur Rzayev daha sonradan videomüraciət yayaraq barəsində yayılan məlumatları təkzib edib.(qafqazinfo)
ŞƏRH YAZ