Ankarada Liviyanın Baş qərargah rəisinin də olduğu təyyarə qəzaya uğradı
Hadisə
23 Dekabr 2025 23:02
Oxunub 218

Ankarada qəzaya uğrayan "Dassault Falcon 50" tipli təyyarənin qalıqları tapılıb.
Bu barədə yerli KİV məlumat yayıb.

***
Ankarada Liviya baş qərargah rəisinin də olduğu təyyarə qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, "Dassault Falcon 50" tipli təyyarədə Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli Əhməd Əl-Həddad və onun 5 nəfərlik nümayəndə heyəti olub. Uçuş heyətinin tərkibində 2 pilot və 1 bort bələdçisi olub. Məhəmməd Əli ƏhmƏd Əl-Həddad bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb. Hadisədən sonra Ankarada uçuşlar müvəqqəti olaraq dayandırılıb. Türkiyə mətbuatı Ankarada hava limanı yaxınlığında partlayış səslərinin eşidilməsi barədə məlumat yayıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













