Türkiyədə parlamentin binası önündə maşınını yandıran şəxslə bağlı yeni detallar üzə çıxıb - VİDEO

Türkiyə Böyük Millət Məclisinin (TBMM) qarşısında avtomobilini yandıran şəxsin kimliyi və keçmişi diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, hadisə avqustun 19-da səhər saatlarında Ankaranın Çankaya rayonunda baş verib. Mersindən hərəkət edən 57 yaşlı Mehmet Emin F. TBMM-nin qarşısında ağ rəngli “Toros” markalı avtomobilini yandırıb. Avtomobil yanğınsöndürənlər tərəfindən söndürülüb və maşın yararsız hala düşüb. Şübhəli polis tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyi açıqlayıb ki, həmin şəxs psixoloji problemlərdən əziyyət çəkir və 16 müxtəlif cinayət qeydi mövcuddur. Onun üzərində “oğurluq”, “rəsmi sənədləri saxtalaşdırma”, “avtomobil oğurluğu”, “ictimai təhlükəsizliyi qəsdən təhlükəyə atmaq” kimi ittihamlar var. Nazirliyin məlumatına görə, şübhəli Xüsusi İstehlak Vergisində (XDV) endirim gözləyirmiş və bu baş vermədiyi üçün avtomobilini yandırıb.
Araşdırma zamanı məlum olub ki, Mehmet Emin F. 2006-cı ildə Mersində şəhid dəfnində izdiham yaratmağa cəhd edib və 2007-ci ildə “Cinali qrupu” adlı mütəşəkkil cinayət təşkilatının üzvü olub.
Ankara Respublika Baş Prokurorluğu faktla bağlı “ictimai təhlükəsizliyi qəsdən təhlükəyə atmaq” ittihamı ilə istintaqa başlayıb.
Eltac Zülfüqaroğlu
Cərimə balı, cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO








