Türkiyədə sahibkarlardan "xərac" yığan, qadınları fahişəliyə cəlb edən şəbəkə ələ keçdi

Türkiyənin Hatay vilayətində mağaza sahiblərinin üzərinə həftəlik 7-15 min lirə (təxminən 270-560 manat - red.) ödəniş tələbi qoyan, həmçinin qadınları zorla fahişəliyə məcbur edən cinayətkar təşkilata qarşı əməliyyat çərçivəsində 39 nəfər saxlanılıb.
Avtosfer.az bu barədə Oxu.Az-a istinadən xəbər verir.
Məlumata görə, saxlanılanlardan 28-nin barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar nəticəsində məlum olub ki, dəstə üzvləri mağaza və obyekt sahiblərindən "xərac" - qoruma adı altında pul yığıblar, qadınları masaj salonlarında fahişəliyə vadar ediblər, ödənişdən imtina edənləri hədələyiblər.
Müəyyən edilib ki, təşkilat üzvləri qəsdən xəsarət yetirmə, soyğunçuluq, fahişəlik, təhdid, sələmçilik və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətləri də daxil olmaqla, 23 fərqli hadisədə iştirak ediblər.
Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı çox sayda silah-sursat, narkotik vasitələr, boş imzalı sənədlər və müxtəlif valyutalarda pul vəsaitləri aşkarlanıb.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












