Türkiyədə sel: Onlarla avtomobil su altında qaldı - VİDEO

Hadisə 3 May 2022 18:18 Oxunub 2466
Türkiyədə sel: Onlarla avtomobil su altında qaldı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyənin Adıyaman şəhərində güclü yağışlar və dolu sellə nəticələnib.

Onlarla avtomobil sel suları altında qalıb.

Mimar Sinan məktəbinin həyətinə yığılan sel sularının hündürlüyü 1,5 metri keçib. Gölə çevrilən məktəb həyətində 80-ə yaxın avtomobil su altında qalıb.

Hadisə yerinə fövqəladə hallar işçiləri, xilasedici qüvvələr, polis cəlb edilib.

Xoşbəxtlikdən maşınlarda qalan və yaralanan olmayıb.

Mənbə: Haber7

ŞƏRH YAZ
Ad

E-mail

Şərh