Türkiyədə zavod yanır - VİDEO

Hadisə 18 İyun 2024 17:12 Oxunub 228
Türkiyədə zavod yanır  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İstanbulda (Türkiyə) Tuzla rayonunun Dəri Sənaye Bölgəsində yerləşən fabrikində dəhşətli yanğın başlayıb.

Hələlik yanğının səbəbi məlum deyil, lakin alovlar qısa müddətdə böyüyərək bütün fabriki bürüyüb.

Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib. Ətraf ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb.

Yanğın zamanı fabrikdə mütəmadi olaraq partlayış səsləri eşidilib.

Hazırda yanğının nəzarətə alınması istiqamətində işlər davam etdirilir. Fabrikə dəyən ziyanın miqyası hələlik, müəyyənləşdirilməyib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

(qafqazinfo)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh