Türkiyədəki yanğında ölənlərin sayı 66-ya çatdı - VİDEO - YENİLƏNİB

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Bolu Kartalkayada hoteldə baş verən yanğında ölənlərin sayının 66-ya çatdığını, 51 nəfərin yaralandığını açıqlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
"Hoteldə baş verən yanğında 66 nəfər həlak oldu, 51 nəfər yaralandı. Çox təəssüf edirik. Yanğın söndürülüb, soyutma işləri davam edir", - nazir qeyd edib.
***
Türkiyənin Bolu şəhərinin Kartalkaya Xizək Mərkəzindəki “Grand Kartal” hotelində gecə saatlarında yanğın baş verib.
Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın zamanı 10 nəfər ölüb, 32 nəfər xəsarət alıb.
Bildirilib ki, 12 mərtəbəli hotelin taxta fasadı yanğını sürətləndirib.
Hadisədən sonra ərazidə səhra xəstəxanası yaradılıb.
Daxili işlər naziri Ali Yerlikaya bildirib ki, yanğına qarşı mübarizə müxtəlif ictimai qurum və təşkilatlardan 267 personal ilə davam edir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












