Türkiyəli qəssab cinayət törədib Bakıya qaçdı: Bir il sonra sərhəddə saxlanıldı

Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan türkiyəli qəssaba hökm oxunub. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 6 avqust 1993-cü ildə Türkiyənin Bursa şəhərində anadan olmuş T.B. barəsində Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələri ilə cinayət işinə məhkəmədə baxılıb. Məlum olub ki, T.B. Bursa şəhərində qəssab işləyib və orada törətdiyi cinayət əməlinə görə ötən ilin avqust ayında saxta sənədlərlə Azərbaycana gəlib. Xırdalan şəhərində kirayə ev tutan təqsirləndirilən şəxs həyat yoldaşı R.Ç. və 2 övladını Türkiyədən Bakıya gətirərək, birlikdə yaşayıblar. 16 aprel 2025-ci il tarixdə həyat yoldaşının və övladlarının Azərbaycanda müvəqqəti qalma müddəti bitdiyi üçün onları Bakı-İstanbul reysi ilə Türkiyəya göndərib. Özü isə işləmək üçün Miqrasiya Xidmətindən icazə ala bilmədiyinə görə, Gürcüstana getmək qərarına gəlib. O, əldə etdiyi saxta pasportla Gürcüstan sərhədinə keçmək istəyərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmənin qərarı ilə T.B.-yə 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












